Daha bir marşrutun hərəkət sxemində dəyişiklik edilib 

13:37 29.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sərnişinlərin müraciəti nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Dəyişikliyə əsasən marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi müəyyən edilib.

 

Qeyd edilən əraziyə marşrutun fəaliyyəti sabahdan təmin ediləcək.