Daha bir rus bankı türk lirəsini köçürməyə başladı

12:40 04.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sanksiya təzyiqinin gücləndiyi bir vaxtda bəzi Rusiya bankları türk lirəsi ilə əməliyyatlara yönləndirməyə başlayıb. Tinkoff Bankın qısa müddət əvvəl açdığı yola bu dəfə böyük bir Rusiya dövlət bankı girdi.

Hafta.az-ın yazdığına görə, “Qazprombank” türk valyutası köçürmələrinə start verib.

Mütəxəssislərin fikrincə, “Qazprombank”ın bu bazara girməsi turistlərin sayının, eləcə də Türkiyəyə mühacirlərin artması və ticarət əlaqələrinin genişlənməsi səbəbindən türkiyəli həmkarları ilə bizneslərini gücləndirən sahibkarların tələbi ilə bağlıdır.

“Qazprombank” fərdi müştərilər üçün köçürmələrdə heç bir məhdudiyyət olmadığını və onlardan 1,5 faiz komissiya, VIP və özəl bank seqmentləri üçün 1 faiz, minimum 3 min və maksimum 15 min rubl olduğunu açıqlayıb.