Daha iki pandemiya xəstəxanasında xidmət bərpa edilib

17:48 08.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVID-19 infeksiyasına yoluxma üzrə gündəlik aktiv xəstə sayında müşahidə olunan kəskin azalmaya uyğun olaraq, Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.

TƏBİB-dən hafta.az-a verilən xəbərə görə, hər iki tibb müəssisələrində Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb, triaj sistemi qurulub və digər şöbələr xəstə qəbuluna tam hazır vəziyyətə gətirilib.

TƏBİB-in Koordinasiya şöbəsinin koordinatoru Orxan Bağızadə və mütəxəssisi Şirin Səmədova görülmüş işlərlə yerində yaxından tanış olub, müvafiq tövsiyələr veriblər.

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.