Daşqınların vurduğu İranda timsah həyəcanı

10:48 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranda sel fəlakəti zamanı səlahiyyətlilər timsah hücumlarına qarşı ictimaiyyəti xəbərdar edib.

Hafta.az-ın yazdığına görə, İranın yarı-rəsmi xəbər agentliyi “Mehr”in dünənki xəbərində bildirilib ki, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətinə də təsirli olub.

Rəsmi xəbər agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin sədri Məcid Muhibbi, daşqın zamanı dəmir yolunda işləyən 3 işçinin boğularaq öldüyünü açıqlayıb. Eyni zamanda, daha 5 nəfər həlak olub ki, onlardan biri 5 yaşlı uşaqdır.

Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı tərəfindən dünən yayımlanan açıqlamada timsahların sel səbəbiylə təbii yaşayış yerlərini tərk etdiyi və şəhərlərə enə biləcəyi xəbərdarlığı edilib.

Elmi adı Crocodylus palustris olan və bataqlıq timsahı kimi də tanınan bu növə ümumiyyətlə İran və Hindistanın cənubunda rast gəlinir.

Ştat sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıq ərazilərə və vəhşi təbiətin yaşayış yerlərinə yaxın səyahət etməmələri xahiş olunub.

İran Qızıl Aypara Cəmiyyəti dünənki açıqlamasında iki avtobusda sıxışan 43 nəfərin xilas edildiyini bildirib.

Qeyd edək ki, bazar ertəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanı vuran tufan çərşənbə axşamı İrana çatıb.

Oxunma sayı 239