Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

10:14 27.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.