Deputat polisin maaşından danışdı: ARTIRILSIN

12:29 04.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda polislərin maaşı qaldırılmalıdır".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında depuatat Aqil Abbas “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat I Qarabağ müharibəsində əsas döyüşçülərin polis orqanı əməkdaşları olduğunu vurğulayıb. Qeyd edib ki, o dövrdə polislər silahla davranmağı yaxşı bilirdi:

"Azərbaycanın Milli Qəhrəmanı olan polis əməkdaşları var. Onlar arasında döyüşlərdə fərqlənən və vətən uğrunda canlarını fəda edən şəxslər var. Ona görə də xahiş edərdim ki, polisin maaşı artırılsın”.