Deputatlar Prezident və xanımını TƏBRİK ETDİ

17:37 15.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

 

Hafta.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

 

Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər.