Dərmandan zəhərlənən kişi öldü

18:09 09.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə dərmandan zəhərlənən 38 yaşlı kişi ölüb.

Hafta.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü M. Q-ın yaşadığı evdən meyit tapılıb.

Onun hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil. Meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.