DİN məzun və valideynlərə müraciət edib

14:06 14.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.

Nazirliyin Mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bildirilir ki, valideynlər avtomobillərini sürücülük hüququ olmayan yeniyetmələrə verməsin: "Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

 

Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".