Yazını böyüt
Yazını kiçilt
Ukraynanın Dnepr şəhərində 2,5 yaşlı uşaq qrip və kəskin respirator virus infeksiyasından ölüb.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, A (H1N1) virusuna yoluxan körpə ağır halda xəstəxanaya yerləşdirilib. Bu hadisə yeni epidemioloji mövsümdə Dneprpetrovsk vilayətində qripdən ilk ölüm faktıdır.
Yeni epidemioloji mövsümdə Ukraynada qripdən həlak olanların ümumi sayı isə 12 nəfərə çatıb.