Son illərdə inflyasiya bütün dünyada ciddi problemə çevrilib. Dünyada orta illik inflyasiya 20.4 faiz təşkil edib.
Hafta.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
O qeyd edib ki, Azərbaycanda ötən il inflyasiya 13.9 faiz təşkil edib.
Baş nazir bildirib ki, idxal olunan məhsulların illik indeks artımı 20 faizdən çox olub.
"Azərbatycanda inflyasiya idxal edilən inflyasiya olub. Buna baxmayarq neftin yüksək qitməti, ölkə daxilində görülən tədbirlər infilyasianın təsirlərini azalıb. Nazirlər Kabineti anti-infilyasiya planı təsdiq edib və aidiyyatlı dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiyanın təsirini azaldıb", - deyə Ə.Əsədov əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.