Dövlət və xalqlarımızın dostluğu, qardaşlığı Şuşa Bəyanaməsində əksini tapıb – Millət vəkili

12:43 13.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan -Türkiyə münasibətləri tək hərbi, strateji münasibətlər deyil, qardaşlıq, dostluq  münasibətləridir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidən sonra ilk səfərini Azərbaycana etməsi bunun bariz nümunəsidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tamam Cəfərova bildirib.

Deputat bu gün Milli Qurtuluşun 30, Şuşa Bəyannaməsinin 2-ci ilinin qeyd olunduğunu önə çəkərək, Ulu öndərin xalqımızın ağır günlərində ölkəyə qayıdaraq dövləti, xalqı qorumasını və Şuşa Bəyannaməsinin məhz Qurtuluş Günündə imzalanmasının xüsusi məna daşıdığını qeyd edib. 

“Türkiyə və Azərbaycan liderlərinin, dövlət və xalqlarımızın dostluğu, qardaşlığı Şuşa Bəyanaməsində əksini tapıb. Müttəfiqlik Bəyyanaməsinin imzalanması bu iki qardaş ölkələr arasındakı əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Bəyannamədən irəli gələn öhtəliklərin yerinə yetirilməsi təhlükəsizliyi, sülhü, regionun nüfiz sahibi kimi Türkiyə-Azərbaycan əməkdaşlığını daha da möhkəmləndirib”.

Siyasət rubrikasından digər xəbərlər