Dünya Bankı Transxəzər marşrutunun potensialını araşdırıb

09:10 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən Astanada Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırov Dünya Bankının nümayəndələri ilə görüş keçirib,

Hafta.az-ın yazdığına görə, Dünya Bankının məsləhətçiləri qrupu “Orta Ticarət Dəhlizi: 2030-cu ilə qədər yüklərin həcmini üç dəfə artırmaq və səyahət vaxtlarını yarıya endirmək üçün lazım olan siyasət qərarları və investisiyalar” adlı araşdırmasının əsas nəticələrini təqdim edib.

Hesabat Qazaxıstan, Azərbaycan və Gürcüstanda nəqliyyat tələbatını ödəmək və iqtisadi inkişafı dəstəkləmək üçün lazım olan əsas sahələri və investisiyaları müəyyənləşdirir. Görüşdə Transxəzər marşrutu üzrə yükdaşımaların cari həcmini 3 dəfə artırmağa kömək edəcək mümkün həll yollarının təhlili aparılıb, informasiya sistemlərinin, su və dəmir yolu nəqliyyatının optimallaşdırılması məsələlərinə toxunulub.

Dünya Bankının hesablamalarına görə, TMTM idarəçiliyinin səmərəliliyinin artırılması Avropa İttifaqı ilə ticarətin həcmini 28 faiz, həmçinin Gürcüstan və Azərbaycanla ticarət dövriyyəsini 37 faiz artıracaq. Malların ötürücülük qabiliyyətinin artırılması üçün Türkiyə, Gürcüstan, Azərbaycan və Çinlə koordinasiya perspektivləri müəyyən edilib.

MTN rəhbərinin qeyd etdiyi kimi, sənədin prioritet istiqamətləri bizə əsas axınlarımızı şaxələndirməyə və beynəlxalq ticarətin inkişafı üçün daha çox potensial yaratmağa imkan verəcək. TMTM mövcud logistika vəziyyəti nəzərə alınmaqla ən perspektivli marşrutlardan biridir.

Öz növbəsində Dünya Bankının Qazaxıstandakı daimi nümayəndəsi Andrey Mixnev təmsil etdiyi maliyyə institutunun bu sahəni inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.

Oxunma sayı 234