Dünya bazarlarında neftin qiyməti cüzi azalıb

10:10 02.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0,04% azalaraq 1 barelə görə 79,28 dollar təşkil edib.

Hafta.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,03% azalaraq 75,64 dollara bərabər olub.