Dünya çempionatının ən böyük problemi AÇIQLANDI

15:40 19.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Qətərdə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün stadionlarda alkoqollu pivə satışının qadağan edilməsi qərarını şərh edib.

“Bu, hazırda yaşadığımız ən böyük problemdir. Stadionlarda pivə ilə bağlı şəxsi fikrim budur ki, gündə bir neçə saat içməsən, mütləq ölməyəcəksən. Yeri gəlmişkən, Avropada spirtli içkilərin satıla bilməyəcəyi stadionlar da var. Yəni Qətər bu baxımdan birinci deyil. Stadionlarda alkoqolsuz pivə satılacaq”, - deyə Match TV İnfantinodan sitat gətirib.

FİFA Qətərdə keçiriləcək turnirin başlamasına iki gün qalmış pivə satışına qadağa qoyub. Qeyd edək ki, məşhur pivə brendinin FİFA ilə sponsorluq müqaviləsi təxminən 75 milyon dollardır.

Azarkeşlər üçün alkoqollu pivə mütəşəkkil fan zonalarında və arenaların yaxınlığında toplaşma yerlərində, həmçinin spirtli içkilərin satışına lisenziyası olan yerlərdə olacaq.

Oxunma sayı 2216