ABŞ Geoloji Xidməti (USGS) bəyan edib ki, indiyədək dünyada tapılan bütün qızıllar 23x23 metrlik bir kuba sığa bilər.
Hafta.az-ın “IFL Science”yə istinadən yazdığına görə, qurumun açıqladığı məlumatlarda indiyədək dünyada 244 min ton qızıl tapıldığı deyilir. Bunun 187 min tonu mədənçiliklə hasil edilib.
Böyük Britaniyada yerləşən və populyar elmi xəbərləri dərc edən “İFL Science” saytının paylaşdığı məlumata görə, hər il 2756-3307 ton qızıl hasil olunur.
Dünya qızıl ehtiyatlarının ən azı 30 faizi Cənubi Afrika Respublikasındakı Vitwatersrand hövzəsində yerləşir.
Çin qızıl istehsalında birinci ölkədir. Dünyanın ən böyük qızıl hasilatı şirkəti isə Kanadada fəaliyyət göstərən “Barrick Gold Corporation”dır. Şirkətdə təxminən 7 min işçi çalışır və ildə 99223 kiloqram qızıl istehsal olunur.
USGS-in məlumatlarına görə, mədən olaraq yerin altında 57 min ton qızıl qalıb. “İFL Science” yazıb ki, bu qızıl mövcud texnologiyalarla 17 ilə yaxın müddətdə hasil edilə bilər.
Xəbərdə o da bildirilir ki, Antarktidada və okeanların dibində qızıl yataqları var, lakin indiki imkanlarla onları çıxarmaq çox baha başa gələr.