Dünyanın ən bahalı şirkətləri növbəti rekord vurub

17:26 11.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Apple" və "Microsoft" şirkətləri tarixdə kapitallaşması 1,5 trilyon dolları keçən ilk şirkətlər olub.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, tarixi rekord iyunun 10-da NASDAQ birjasında alqı-satqı zamanı qeydə alınıb.

Bundan başqa, digər texnologiya şirkətləri də ümumilikdə əsas indekslərin azalmasına baxmayaraq, bahalaşmaqda davam edib.

Belə ki, son dövrlərdə "Amazon"un kapitallaşması 1,3 trilyon dollara, "Google"un sahibi "Alphabet" şirkətinin kapitallaşması 1 trilyon dollara çatıb.