Yazını böyüt
Yazını kiçilt
Dünyanın ən böyük sərnişin (kruiz) gəmisi “İcon of the Seas” haqqında qaynar xəbər gəlib: “Dənizlərin İkonu” ləqəbli gəminin tikintisinin son mərhələsində olduğu bildirilib.
Hafta.az-ın yazdığına görə, dünyanın ən böyük kruiz gəmisi "İcon of the Seas" tezliklə səyahətə çıxacaq. Finlandiyada inşa edilən gəminin uzunluğu 365 metrdir. Son əməliyyatlar tamamlandıqdan sonra Turku tərsanəsindən ayrılacaq gəmi mərkəzi ofisi Mayamidə yerləşən “Royal Caribbean” şirkəti tərəfindən alınaraq Karib dənizində istifadə olunacaq.
“Carnival” Şirkətlər Qrupunun bir hissəsi olan “Costa Cruises” “Kosta Smeralda”dan sonra onun yeni gəmisi “Costa Toscana”nın tikintisinə başlayıb.