Beynəlxalq Hava Limanları Şurasının açıqladığı siyahıda 2022-ci ildə dünyanın ən işlək 10 hava limanının adı açıqlanıb.
Hafta.az-ın yazdığına görə, siyahıya hər il olduğu kimi yenə də ABŞ limanları rəhbərlik edir. Hər zaman gündəmdə olan Avropanın ən məşhur hava limanları isə siyahıdan kənarda qalıb.
Bu dəfəki siyahıda qardaş ölkə Türkiyənin qüruru sayılan İstanbul Hava Limanı da özünəməxsus yerdə qərarlaşıb. Vaxtilə türk müxalifətinin qarşısını almaq üçün bütün cəhdlərinə baxmayaraq prezident Rəcəb Tayyib Ərdoğanın israrlı səyləri ilə istifadəyə verilən və Avropada birinci olan İstanbul Hava Limanı dünyanın ən işlək hava limanları arasında 7-ci pilləyə yüksəlib.
Ümumiyyətlə, sərnişin daşınmasına görə hazırlanmış siyahıda ilk onluq aşağıdakı kimidir:
1. Atlanta (ABŞ) - 93,7 milyon sərnişin, 2. Dallas (ABŞ) - 73,4 milyon sərnişin, 3. Denver (ABŞ) - 69,3 milyon sərnişin, 4. Çikaqo (ABŞ) - 68,4 milyon sərnişin, 5. Dubay (BƏƏ) - 66,1 milyon sərnişin, 6. Los Anceles (ABŞ) - 66 milyon sərnişin, 7. İstanbul (Türkiyə) - 64,3 milyon sərnişin, 8. London (Böyük Britaniya) - 61,6 milyon sərnişin, 9. Dehli (Hindistan) - 59,5 milyon sərnişin və 10. Paris (Fransa) - 57,5 milyon sərnişin daşıyıb.