Dünyanın ən varlı adamı 14 milyard dollar itirdi - bir gündə

09:21 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos dünyanın ən varlı adamları reytinqində liderliyini itirib.

Buna səbəb şirkətin səhmlərinin ucuzlaşması olub.

 “Forbes”in məlumatına görə, cümə günü “Amazon” rüblük maliyyə hesabatını açıqlayıb və şirkətin gəlirləri gözləntilərdən aşağı olub.

Səhmlərin ucuzlaşması Bezosun bir gündə 14 milyard dollar itirməsilə nəticələnib.

O, dünyanın ən varlı şəxsləri siyahısında öz yerini “Louis Vuitton Moët Hennessy” qrupunun rəhbəri Bernar Arnoya təhvil verib. Sonuncunun varidatı 194.2 milyard dollar həcmində qiymətləndirilir.

Oxunma sayı 428