ƏƏSMN-in elektron portalından 6 ayda 5,7 milyon dəfə istifadə olunub

11:41 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu ilin 6 ayında da artmaqda davam edərək iyulun 1-nə 929 minə çatıb.

ƏƏSMN-dən hafta.az-a verilən məlumata görə, ölkənin sosial reyestri olan portal 2018-ci ilin son aylarında istifadəyə verilib. Vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) bazasına çıxış imkanı verən e-sosial.az portalı hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Bu ilin yanvar-iyun aylarında portaldan 5,7 milyon dəfə istifadə olunub.

Vətəndaşların e-sosial.az portalından rahat istifadəsi və portalın daha əlçatan olmasına şərait yaradılması üçün portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir.

Oxunma sayı 497