Əfqanıstanın Çinlə sərhədində 13 uşaq naməlum xəstəlikdən öldü

18:48 06.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın şimal-şərqində, Çinlə sərhəddə yerləşən Bədəxşan vilayətində son üç gündə sətəlcəmin simptomlarına oxşar xəstəlikdən azı 13 uşaq ölüb.

Bu barədə yerli hökumətin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, ölüm faktları vilayətin Yamqan mahalında baş verib.

Hələlik Əfqanıstan səlahiyyətliləri uşaqlarının xəstəliyi və ölüm səbəbləri ilə bağlı məlumat verməyib.