Əfv Məsələləri Komissiyası yanvarın 12-dən öz işinə başlayıb. Komissiyanın yanvarın 12-də keçirilmiş ilk iclasında 100-dən artıq müraciətə baxılıb. Komissiyanın yanvarın 17-də ikinci iclası da keçirilib.
Bəs Əfv Komissiyası hansı kateqoriya üzrə cinayət törətmiş şəxslərə öncəlik verir?
Sərəncam nə zaman imzalanacaq?
Hafta.az xəbər verir ki, məsələ ilə bağlı modern.az danışan Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, hansı kateqoriyadan olan cinayəti törətməsinə baxmayaraq, hər kəsin müraciəti hərtərəfli araşdırılır:
“Az ağır, böyük ictimai təhdidləri olmayan, ağır, xüsusilə ağır cinayət törətmiş bütün şəxslər Əfv Məsələləri Komissiyasına müraciət edirlər. Komissiya fərq qoymadan bütün müraciətləri hərtərəfli araşdırır. Bu zaman hər şeydən əvvəl Əfvetmə Məsələləri Komissiyası haqqında Əsasnamədə müəyyənləşdirilmiş meyarlara əsaslanılır”.