Rusiyada real gəlirlərin azalması ilə əlaqədar ayın sonuna çatmaqda çətinlik çəkdiyindən kredit götürənlərin sayı artır.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, bu gün ölkədə əhalinin real gəlirləri 2013-cü ilin birinci rübü ilə müqayisədə 8 faiz aşağıdır.
İqtisadi İnkişaf Nazirliyi 2023-cü ildə bu göstəricidə 4 faiz artım gözlədiyini açıqlayıb.
Mərkəzi Bankın məlumatına görə, Rusiyada 2022-ci ilin ikinci yarısına olan məlumata əsasən, mikrokredit şirkətlərinin müştərilərinin sayı banklardan çox artıb. Rusiyada 2022-ci ilin əvvəlində mikrokredit təşkilatlarının 2,2 milyon, bankların isə 36 milyon kredit müştərisi olduğu halda, 2023-cü ilin əvvəlində bu rəqəmlər müvafiq olaraq 4 milyon və 38,5 milyona yüksəlib.
Mərkəzi Bankın məlumatlarına görə, Rusiyada əhali tərəfindən alınan istehlak kreditlərinin orta məbləği 2,7-yə yüksələrək son üç ilin ən yüksək səviyyəsidir.