“Elektroenergetika haqqında qanun müzakirələrə səbəb oldu

19:02 07.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Elektroenergetika haqqında qanun"un bu şəkildə qəbulu problemlər yarada bilər”. Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bu günkü iclasında qanunun müzakirəsi zamanı deputatlar R.Nurullayev və Vahid Əhmədov bildiriblər.

R.Nurullayev hesab edir ki, qanun gəliri az olan vətəndaşların maraqlarına uyğunlaşdırılmalıdır.
“Qanunun bu şəkildə qəbulu elektrik enerjisinin qalxmasına səbəb olacaq. Əhalinin sosial vəziyyətinin ağırlaşması, bahalaşma olacaq. Bu gün 70 faiz şəbəkələr istismar dövrünü bitirib.

Qanunun bu şəkildə qəbul edilməsini cəmiyyətimiz üçün məqbul hesab etmirəm”.

Millət vəkili Vahid Əhmədov bildirib ki, qanunun qəbuluna ehtiyac yoxdur:

"İslahatları o sahədə həyata keçirilər ki, zərərlə işləyən sahələr olsun. Amma bu qanun Azərenerji, Azərişıq sistemini əhatə edir. Faktiki olaraq o şirkətlər mənfətlə işləyir”.

V.Əhmədov “Barmek”şirkətinin fəaliyyətinə diqqət çəkib və o zaman məlum şirkətlə bağlı yaşanan problemləri xatırladıb.

Deputat bildirib ki, bu qanunda əsas ideyada söhbət investisiya yatırımından gedir. Onun sözlərinə görə, şirkətlərsSosial tariflərə uyğun mənfəət əldə edirlərsə investisia qoyurlar. Amma bu qanun sosial sahəyə təsir edən qanundur.

Deputat hesab edir ki, qanunu indi qəbul etmək düz deyil, qanun qəbul olunarda ciddi problemlərlə üzləşəcəyik. Eyni zamanda təklif edib ki, qanunları pilot qanunlar şəkində ayrı-ayrı yerlərdə həyata keçirmək olar. Əgər layihələr özünü doğrultsa, sosial sahədə problem yaranmasa bu qanun qəbul edilə bilər.

Ümumən, deputatlar bu qanunun ictimai müzakirəyə çıxarılmasına ehtiyac olduğunu deyiblər. Qanun ayrı-ayrı bəndlərlə səsə qoyulub, 2-ci oxunuşda qəbul olundu.