Əli Əsədov qırğızıstanlı həmkarına başsağlığı verib

16:01 22.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetindən hafta.az-a verilən məlumata görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.

Əli Əsədov həyatını itirənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.