Əlillik təyinatında yeni meyarların tətbiqi ilə vətəndaşların məmunluğu təmin olunacaq – Millət vəkili

14:09 11.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bildiyimiz kimi iyul ayının 1 dən etibarən əililliyin təyin olunması meyarında dəyişikliklər tətbiq olunacaq. Düşünürəm ki,  yeni meyarlara əsasən əlillik artıq üç dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli qiymətləndirilməsi öz efektini verəcək və əhalinin sosial təminatını daha da yüksəldəcək”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.

Deputat həmçinin qeyd edib ki, bundan sonra  şəxsin əmək fəaliyyəti üzrə həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək. “Bununlada vətəndaşların razılığı və məmunluğu təmin olunacaq. Bu addım bir başa sosial siyasətin davamlılığını tamamlayıcısıdır. Lakin yenə də mənim diqqət çəkmək istədiyim əsas məqam şəxsin əlilliyinin təyin olunması zamanı prosesdə iştirak edən qurumlar arası koordinasiyanın düzgün qurulmasıdır. Mən vətəndaş qəbulları zamanı ən çox qarşılaşdığım problemin məhz bu olmasının şahidi oluram. Bir qurum rəy verir ki, əlilliyin təyin olunması uyğundur, amma digər qurum bunu inkar edəcək rəy verir, bu da öznövbəsində narazılığa səbəb olur. Sevindirici hal  qəbul olunan  yeni meyarların  3 dərəcə üzrə məhdud çərçivədə də deyil, faiz göstəricisinə əsaslanmasıdır, çünki ikinci və üçüncü qruplar  arasında elə də ciddi bir fərq yoxdu. Düşünürəm ki, yeni meyarlar bu problemin də aradan qalxmasına şərait yaradacaqdır”.