Əməliyyatla xəstənin bədənindən 14 kiloqram şiş çıxarıldı

11:00 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada 14 kiloqramlıq şişlə yaşayan qadın əməliyyatdan sonra sağlamlığına qovuşub.  

Hafta.az-ın yazdığına görə, Moskva Regional Onkologiya Mərkəzində həyata keçirilən əməliyyatda bədəninin təxminən üçdə biri ağırlığında olan şişlə yaşayan xərçəng xəstəsi sağalıb.

Əməliyyatdan əvvəl 50 kiloqram ağırlığında olan qadın xəstənin bədənindən 14 kiloqramlıq şiş uğurla çıxarılıb.

Xəstənin vəziyyəti ilə bağlı məlumat verən şöbə müdiri İrina Kargina “Şiş qarın boşluğunun bütün orqanlarını sıxaraq yemək, hərəkət, nəfəs almağı və normal gündəlik həyatı mümkünsüz edib. Biz uşaqlıq yolunu və iki şişi çıxardıq, xəstənin normal həyata qayıtmasına şərait yaratdıq” deyib.

Oxunma sayı 161