Ən böyük qızıl ehtiyyatına malik 20 ölkənin siyahısı açıqlandı

11:35 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Qızıl Şurası və ABŞ Geoloji Xidmətinin (USGS) son hesablamalarına əsasən dünya ölkələrinin qızıl ehtiyyatının miqdarı açıqlanıb.

Hafta.az-ın yazdığına görə, "Yahoo Finance" tərəfindən dərc edilən "2023-cü ildə ən böyük qızıl ehtiyatına malik 20 ölkə" siyahısına hər zamankı kimi, yenə də ABŞ başçılıq edir.

Həmin 20 ölkənin siyahısını təqdim edirik:
1. ABŞ - 8133,46 ton, 2. Almaniya - 3352,65 ton, 3. İtaliya - 2451 ton, 4. Fransa - 2436,88 ton, 5. Rusiya - 2329,63 ton, 6. Çin - 2113,46 ton, 7. İsveçrə - 1040 ton, 8. Yaponiya - 845,97, ton, 9. Hindistan - 797,44 ton, 10. Niderland - 612,45 ton, 11. Türkiyə - 439,75 ton, 12. Tayvan - 423,63 ton, 13. Portuqaliya - 382,63 ton, 14. Özbəkistan - 377,28 ton, 15. Səudiyyə Ərəbistanı - 323,07 ton, 16. Qazaxıstan - 313,53 ton, 17. Böyük Britaniya 310,29 ton, 18. Livan - 286,83 ton, 19. İspaniya - 281,58 ton və 20. Avstriya - 279,99 ton.