Dünya İqtisadi Forumunun 2024-cü il məlumatlarına əsasən, ən keyfiyyətli yollara malik ölkələrin siyahısı dərc olunub.
Hafta.az-ın yazdığına görə, dünyanın ən güclü iqtisadiyyata malik ölkələrinin əksəriyyətinin ilk onluğa girə bilmədiyi siyahıda Azərbaycan 24-cü pillədə qərarlaşaraq böyük uğura imza atıb.
Siyahıdan ilk onluğu və hər kəsi təəccübləndirəcək digər seçmə ölkələri təqdim edirik:
Dünyada ən keyfiyyətli yol infrastrukturuna malik ölkə olan Sinqapur siyahıda 1-ci yerdə qərarlaşıb. Niderland Krallığı 2-ci, İsveçrə isə 3-cü pillədə yer alıb. Çində özəl statuslu ərazi olan Honq Konq 4-cü, Şərqin iqtisadi möcüzəsi sayılan Yaponiya isə 5-cidir.
İlk onluqda siyahı daha sonra belə davam edir: Avstriya 6-cı, Portuqaliya 7-ci, BƏƏ 8-ci, Cənubi Koreya 9-cu və nəhayət, Oman 10-cu pillədə qərarlaşıb.
Böyük iqtisadi tərəqqi əldə etmiş ölkələrdən İspaniya siyahıda 11-ci, Danimarka 13-cü, dünyanın super iqtisadiyyatı olan ABŞ 17-ci, Fransa 18-ci, Avropanın ən böyük iqtisadiyyatı Almaniya 20-ci yerdədir.
Sevindirici haldır ki, AZƏRBAYCAN siyahıda 24-cü pillədə qərarlaşdığı halda Misir 29-cu, Kanada 31-ci, qardaş ölkə Türkiyə 32-ci, Böyük Britaniya kimi supergüc 37-ci yerdədir.
Dünyanın ikinci böyük iqtisadiyyatı olan olan Çin siyahıda 44-cü pillədə yer aldığı halda, Hindistan 46-cı, Norveç 49-cu, İtaliya kimi inkişaf etmiş Avropa ölkəsi isə 55-ci pillədə yer alıb.