Energetika naziri “OPEC plus” nazirlərinin görüşündə iştirak edəcək

11:20 04.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyaya səfər edib.

Nazirlikdən bildirilib ki, nazir cari ilin 4 iyun tarixində Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək.

İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Oxunma sayı 104