Ər-Riyadda 42-ci Qlobal Daşınmaz Əmlak Liderləri Sammiti keçiriləcək

12:00 02.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gələn ilin dekabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 42-ci Qlobal Daşınmaz Əmlak Liderləri Sammiti keçiriləcək və burada dünyanın hər yerindən tanınmış şəxslər və aparıcı daşınmaz əmlak şirkətlərinin baş direktorları iştirak edəcək. Sammitdə daşınmaz əmlak sənayesinin inkişafı sahəsində təcrübələr və nailiyyətlər müzakirə olunacaq.

Hafta.az-ın yazdığına görə, Ümumdünya Əmlak Federasiyasının zirvə toplantısı əsasən Səudiyyə Krallığının daşınmaz əmlak sektorunun təcrübələrini 2030-cu il hədəfinin işığında nəzərdən keçirən mövzulara, indiyədək qazandığı nailiyyətlərə və hədəflərini gücləndirməyə xidmət edir. Zirvə həmçinin daşınmaz əmlak sektorunun problemləri və cari investisiya imkanları ilə bağlı sessiyaların, seminarların, görüşlərin və konfransların keçirilməsinə şahidlik edəcək. İştirakçılar regionda ən yaxşı beynəlxalq təcrübə və tətbiq mexanizmlərini müzakirə edəcək, sahibkarlıq ideyalarının yaradılmasında liderlərin rolundan danışılacaq, meqa layihələrə də baxış keçiriləcək.

110 ölkədən 55 beynəlxalq məruzəçinin qatılacağı sammitdə daşınmaz əmlak sisteminin inkişafı istiqamətində görülən işlər təqdim edilərək təcrübələr bölüşüləcək. Daşınmaz əmlak sahəsində liderlərin, investorların və konsorsium üzvlərinin ev sahibliyi edəcəyi sammitdə sektorun bir sıra qlobal bazarlarda imkanlarını inkişaf etdirmək, eləcə də bu sahədə lazımi məqsədlərə nail olmaq üçün yerli və beynəlxalq təcrübə nəzərdən keçiriləcək.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının Bələdiyyə, Kənd İşləri və Qəsəbələr Nazirliyi ilə İnvestisiya Nazirliyi dünən sərmayələri dəstəkləmək və inkişaf etdirməklə yanaşı tərəflər arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, tərəflərin əlaqədar orqanları ilə aralarında sələri birləşdirmək məqsədilə internetlə əlaqəli informasiya texnologiyalarının istehsalı və inkişafı ilə məşğul olan informasiya texnologiyaları sahəsində ixtisaslaşmış NAVER, NAVER LABS və Koreyanın NAVER Cloud şirkətləri ilə anlaşma memorandumu imzalayıb.

İnvestisiya Nazirliyi lisenziya və digərləri əldə etməklə Naver İnvestisiya Şirkətinin Səudiyyə Ərəbistanına daxil olmasını asanlaşdıracağına görə, nazirlik ümumi məqsədlərə nail olmağı dəstəkləyən və inkişaf etdirən hər şeydə koordinasiya və effektiv birgə fəaliyyət səviyyəsini yüksəltməyi hədəfləyir.

Koreya şirkətləri şəhərsalma, inkişaf və əməliyyat simulyasiyası kimi ağıllı bələdiyyələrin əsas sütunlarının monitorinq və planlaşdırma, bələdiyyə xidmətləri və sair sahələrdə yüksək səmərəliliklə aktivləşdirilməsini təmin etmək üçün Bələdiyyə, Kənd İşləri və Qəsəbələr Nazirliyinə rəqəmsal həllərin inkişafı və əməliyyat planları təklif edir.