Ərdoğan: Azərbaycanla nəqliyyat infrastrukturunu inkişaf etdirəcəyik

21:56 23.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla nəqliyyat infrastrukturunu inkişaf etdirəcəyik.

Hafta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı bildirib.

“Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli qatar dəmiryol xətləri Bakı-Tbilisi-Qarsa birləşəcək. Yerköy stansiyamızdan Kayseriyə bir əlaqə xətti quracağıq. Bu xətti Ərzincana, Ərzuruma və Qarsa qədər uzadacağıq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. “Dəmir İpək Yolu” adlandırılan bu xətlə biz regionumuzda dünya əhəmiyyətli strateji "nəfəs borusu" açacağıq", - deyə R.T.Ərdoğan qeyd edib.