Erməni hərbçisinin yaralanması yalandır - MN

20:47 29.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır.

Hafta.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - deyə qeyd olunub.

Siyasət rubrikasından digər xəbərlər