Erməni qadın Ukrayna Daxili İşlər nazirinin müavini təyin olundu

18:53 04.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

2014-cü ildən 2021-ci il iyulun 13-dək bu ölkənin Daxili İşlər naziri Bakıda doğulmuş erməni Arsen Avakov olub

Meri Akopyan Ukrayna Daxili İşlər nazirinin müavini təyin edilib.

Hafta.az  xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna” məlumat yayıb.

Müvafiq qərar hökumətin iclasında qəbul edilib.

Bundan əvvəl M. Akopyan Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, 2014-cü ildən 2021-ci il iyulun 13-dək Ukraynanın Daxili İşlər naziri Bakıda doğulmuş erməni Arsen Avakov olub. İyulun 13-də o, istefa ərazisini yazdıqdan sonra iyulun 16-dan həmin vəzifəyə Denis Monastırski təyin olunub.

 

Oxunma sayı 755