Erməni təxribatı nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb

17:32 24.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Erməni təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 398  mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.

Oxunma sayı 724