Erməni turizmçidən təxribat: Türklər ancaq rus turistlər üçün qiymətləri qaldırır

10:30 08.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Tur Operatorları Assosiasiyası türk otellərinin avropalı qonaqlardan fərqli olaraq rus turistlərə daha yüksək qiymətlər təklif etdiyini bildirib. Birliyin erməni əsilli rəsmisi Aleksan Mkrtçyan bildirib ki, fərqli qiymət siyasəti rus turistlərin alternativinin olmaması ilə bağlıdır.

Hafta.az-ın yazdığına görə, buna uyğun olaraq avropalı turistlərə ucuz qiymət təklif etməyən türk otellərinin bu turistləri yunan Kiprinə, Yunanıstan, İspaniya və İtaliya kimi ölkələrə itirmək riski var. Ancaq Rusiyadan gələn qonaqlar üçün belə bir risk yoxdur.

Mkrtçyan iddia edib ki, aviaşirkətlər də eyni siyasət yürüdürlər. Buna uyğun olaraq Almaniyadan Antalyaya uçmaq Rusiyadan uçmaqdan 4 dəfə ucuz başa gəlir.

Bununla belə, birlik rəsmisi xəbərdarlıq edir ki, bu siyasət Türkiyə otellərinin ötən illə müqayisədə daha az rus turisti qəbul etməsi ilə nəticələnə bilər.

Erməni xisləti üstün gələn Mkrtçyan rusiyalı turistlərə bron etməyə tələsməməyi tövsiyə edir. Ona görə, səyahət tarixindən qısa müddət əvvəl daha ucuz turlar və ya biletlər tapmaq mümkün ola bilər.