Ermənilər sərhədə bizim üçün heç bir təhdid yarada bilməz. Azərbaycan ordusu qarşısında dayanan maneəni dəf etməyə qadirdir. İndi hələ ki, sərhəddə müəyyən təxribatları yaratmaqla oyunlar qururlar. Bu da müvəqqəti haldır. Ermənistan heç nəyə qadir deyillər.
Bu fikirləri hafta.az-a istefada olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov deyib. Onun sözlərinə görə, çünki ordunu yüksək səviyyədə qaldırmaq, inkişaf etdirmək üçün pul lazımdır:
"Görək Ermənistanın buna pulu varmı? İkincisi, ideologiya olmalıdır. Ermənilərin “Böyük Ermənistan” ideologiyası çürükdür və heç nəyə yaramır. Bu gün Azərbaycan üçün Ermənistanı azad etmək problem deyil. Mən demirəm işğal etmək, məhz azad etmək. Çünki Qərbi Azərbaycan, İrəvan xanlığı Azərbaycanın olmayıbmı? 1918-20-ci illərdə əvvəlcə 9 min kvadrat kilometr, sonra 30 min kvadrat kilometr ərazimiz verilmədimi Ermənistana. Bir sözlə, hamısı bizim torpaqlar olub".