Ermənilər Zabuxda qanunsuz məktəblərinin sənədlərini yandırdı - VİDEO

16:10 08.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşmış haylara məxsus məktəbin saxlanması nəzərdə tutulmayan materialları yandırılıb.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “mədəni irsin qorunması üzrə ictimai şurası”nın “sədri” Sergey Şahverdyan öz “Facebook” səhifəsində yazı və video  paylaşıb. 

“Məktəb illərinin xatirəsi odda yanır…” -deyə S.Şahverdya yazıb.

Xatırladaq ki, son günlər erməni mənbələrinin yaydığı məlumata görə, separatçı-terrorçu rejim rəhbərliyi Laçın şəhəri və Zabux kəndindəki ermənilərə avqustun 25-dək məskunlaşdıqları məkanları tərk etmək haqda göstəriş verib.

Oxunma sayı 624
Gündəm rubrikasından digər xəbərlər