Ermənilərdən növbəti təxribat: 3 terrorçu məhv edilib

14:09 05.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Şuşa rayonunun Xəlfəli kəndi ərazisində Qarabağdakı separatçı tör-töküntüləri ilə Azərbaycan hərbçiləri arasında atışma olub.

Hafta.az xəbər verir ki, erməni separatçıların Laçın yoluna alternativ olan Xəlfəli yolu ilə (torpaq yol) Ermənistandan Xankəndinə silah-sursat daşınmasının davam etdirildiyi barədə bir müddətdir siqnallar daxil olub.

Bu gün səhər saatlarında da bu barədə əməliyyat məlumatları alan Azərbaycan hərbçiləri ərazidə yoxlama aparmaq üçün Xəlfəli yoluna çıxıb. Əməliyyatçılarımız yolla hərəkət edən erməni maşınını saxlamaq istəyərkən avtomobildən onlara atəş açılıb. Cavab atəşi ilə düşmən zərərsizləşdirilib.

Ermənistan mətbuatı podpolkovnik, mayor və leytenant rütbəli üç separatçının öldürüldüyü, bir nəfərin yaralandığı barədə məlumat yayıb.