Yazını böyüt
Yazını kiçilt
İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.
Hafta.az-ın xəbərinə görə, bu barədə Əlahiddə Ümumqoşun Ordudan bildirilib.
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib
"Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub", - deyə qeyd olunub.