Ermənistan sülh müqaviləsini bağlamağa məcbur olacaq - Politoloq

18:32 04.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar öz revanşist əməllərindən əl çəkmədiyini göstərir. Ermənistanın Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında sülhə dəvət olunması və keçirilən görüşlər hansı nəticələri verə bilər. Danışıqların gedişatı və ermənilərin təxribatçı davranışlarına baxanda hansı nəticəyə gəlmək olar?

Politoloq Asif Əsgərli hafta.az-a açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşü sülhyaratma prosesində atılan addımlardandır.

Onun sözlərinə görə, Ermənistanın sərhəddə diversiya hərəkətləri təxribatları, Azərbaycan hərbçilərinə, mülki şəxslərinə qarşı törətdiyi cinayətlərin, təxribatların sabah da davam etməyəcəyinə heç kim zəmanət vermir. Ona görə də hesab edir ki, sülh danışıqlarının nə dərəcədə etibarlı olması növbəti mərhələdə olan danışıqlardan da asılıdır. 

“Artıq xarici işlər nazirlərinin görüşündə ilk olaraq Azərbaycanın irəli sürdüyü şərtlərin müzakirəsi nəzərdə tutulub və bu şərtlər daxilində sülh müqaviləsi və sərhədlərin müəyyənləşməsi ilə bağlı yaradılan komissiyaların real fəaliyyətləri üçün keçirilir”.

Politoloqun sözlərinə görə, son günlər sülh danışıqlarının tezləşdirilməsi, sürətləndirilməsi istiqamətində həm qərb dairələrinin, həm də regionda marağı olan  Türkiyə, Rusiya, Avropa İttifaqı, Fransa, ABŞ-ın müəyyən mənada rolunu görməkdəyik.

Onun fikrincə, Amerikanın öz nümayəndələrini bölgəyə göndərməsi sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiya və demorkasiyası ilə bağlı konkret addımlara yönəlib. 

A.Əsgərli bildirib ki, növbəti əhəmiyyətli görüş Türkiyə prezidenti cənab Tayyib Ərdoğanla Paşinyan arasında Praqada keçiriləcək.

“Cənab Tayyib Ərdoğan Ermənistanın götürdüyü öhtəlikləri yerinə yetirməsi tələblərini bir daha  Ermənistanın baş nazirinə canlı olaraq çatdıracaq. Ən əsası da BMT-də də bir daha çatdırdı ki, Ermənistan danışıqlar prosesində, xüsusən də regionda davamlı sülh üçün Azərbaycanla, sonra isə Türkiyə ilə anlaşmaya gəlməli, danışıqları yekunlaşdırıb, konkret sülh müqaviləsini imzalamalıdır.  Qarşıda dövlət başçılarının növbəti görüşü də nəzərdə tutulur. Yəqin ki, bu da sülh müqaviləsinin bağlanması istiqamətində daha önəmli addım ola bilər”.

Politoloq qeyd edib ki, bu günlər Ermənistanda hakimiyyətə yaxın media orqanında Azərbaycanın irəli sürdüyü şərtlərin xüsusi tələblər kimi göstərilməsi ermənilərin növbəti oyunudur. O, bəyan edib ki, Azərbaycan irəli sürdüyü şərtləri heç vaxt inkar etməyib.

“Dəfələrlə cənab Prezident, xarici işlər naziri bəyan edib ki,  Azərbaycanın əsas şərtləri var və bu ilk növbədə Azərbaycanın və qarşı dövlətin ərazi bütövlüyünün tanınması və bunun qanun şəklinə gətirilməsidir.  Azərbaycan ərazisində - Qarabağda hələ də qalan qeyri-qanuni hərbi birəşmələr ərazimizi tamamillə tərk etməlidir; Ermənistan Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olacaq ermənilərlə bağlı hər hansı status və yaxud da hansısa tələblərdən vaz keçməlidir; həmin bölgə Azərbaycanın təsdiq etdiyi Qarabağ iqtisadi rayonuna daxildir və orada Azərbaycanın bütün vətəndaşlarına verilən statuslar, imtiyazlar, vəzifələr orada yaşayacaq erməni əhalimiz üçün də keçərlidir. Prezidentin də qeyd etdiyi kimi heç bir muxtariyyatdan, muxtar statusdan söhbət gedə bilməz. Azərbaycan Konstitusiyasına əsasən Azərbaycan vətəndaşlarının əldə etdiyi bütün hüquqları  orada yaşayan Azərbaycan vətəndaşları olan erməniər də əldə edəcəklər. Təbii ki, bütün bu şərtlər əsasında Paşinyanın son etirafı da göstrdi ki, ermənilərin “status qoparmaq” cəhdlərinin heç bir faydası yoxdur. Danışıqlar Azərbaycanın şərtlərinə uyğun sülh müqaviləsi ilə yekunlaşmalıdır. Azərbaycan bu şərtləri bütün kürsülərdə elan edib. Burda təkcə Qarabağdan  söz getmir. Bu dəqiqə Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndi və digər anklav ərazilərin Azərbaycana qaytarılması, Azərbaycanın təklif etdiyi şərtlər əsasında Ermənistanla sərhəd bölgəsinin tamamilə dəqiqləşdirilməsi baş verməlidir. Ona görə də Ermənistan Azərbaycana qarşı nə qədər təxribat etsə də, Türkiyə, Rusiya, Avropa İttifaqının təsiri ilə Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh müqaviləsini bağlamağa məcbur olacaq”.

Oxunma sayı 1599
Siyasət rubrikasından digər xəbərlər