Ermənistandan itkilərlə bağlı son açıqlama

09:21 04.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstə üzvlərinin sayı 19-a çatıb.

Hafta.az xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri" Mikael Ayryan bildirib.

O deyib ki, 4 yaralının vəziyyəti ağırdır:

"Onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir".

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.