Ermənistanın itkiləri - 200-ölü, yarım milyard dollarlıq texnika - TƏFƏRRÜAT

11:11 13.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hafta.az xəbər verir ki, Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Bakı vaxtı ilə saat 9:15-də Azərbaycan ordusunun əməliyyatı uğurla başa çatıb.

Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq. Caliber.Az-ın məlumatına görə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər arasında dəyişib, ölənlər, yüzlərlə yaralı da var. İki C-300 hava hücumundan müdafiə sistemi məhv edilib - hansı ki, dəyəri yarım milyard dollardan çoxdur.

Azərbaycan ordusu sərhəd zolağında, delimitasiyası olmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş məsafəsində nəzarətə götürülüb.

Qeyd edək ki, Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı yerdə qalmadı, erməni tərəfinə layiqli cavab verildi.