Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1973-cü il təvəllüdlü Əliyarov Tariyel Rüstəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.