Evdən 17 mindən çox pul oğurlanıb

12:21 27.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən 17 min manatdan çox pul oğurlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Qaraçuxur qəsəbəsində evlərin birindən 17700 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.