Evi qəzalı olan qaziyə mənzil tikilir

13:37 16.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə Nərimanlı kəndində, Vətən müharibəsi Qazisi  Ələkbərov Amid Bayram oğlunu ziyarət etdi, onun qəzalı vəziyyətdə olan fərdi yaşayış evinə baxış keçirdi və yeni yaşayış evinin tikintisi ilə bağlı aparılan işlərlə yerində tanış olub.

 

Hafta.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısına, yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı, YAŞAT Fondu, Milli Məclisin deputatı Ağalar Vəliyev və rayon İcra Hakimiyyəti tərəfindən maddi köməkliklər göstərilmiş, görülən işlər nəzarətə götürülmüşdür.

 

İcra Başçısı Nərmimanlı kəndində olarkən, digər Vətən müharibəsi iştirakçısı Həsənov Fuad Mahir oğlunun ailəsini də ziyarət etdi,  Qazi ailəsinin sosial qayğıları ilə maraqlandı.

Oxunma sayı 670
Gündəm rubrikasından digər xəbərlər