Yazını böyüt
Yazını kiçilt
Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18506 nikah və 5043 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) hafta.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.