Əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-si açılıb

11:11 16.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 15-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 55-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.