Fatih Birol: Peyvənd təsirli olarsa, neft qiymətləri 60 dollara yüksələ bilər

20:42 14.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVID-19-a qarşı peyvəndin təsirli olduğu hiss edilərsə, neft qiymətləri 60 dollara yüksələ bilər.

Bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

F.Birol qeyd edib ki, Co Baydenin rəhbərliyi ilə ABŞ-da yaşıl iqtisadiyyata keçid sürətlənəcək və koronavirusa qarşı peyvənd təsirli olarsa, neft qiymətləri yüksələ bilər. Epidemiyanın başlanğıcından bəri mənfi təsir görən neft qiymətlərinin peyvəndin tətbiqinin təsirindən asılı olaraq 50-60 dollara çatacağı proqnozlaşdırılır.

Oxunma sayı 223